02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Sabiq baş nazirə silahlı hücum EDİLDİ

02 sen 2025 07:00
DÜNYA
ads
Advertisement

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkat NVF-nin (Narazı Vətəndaşların Fəaliyyəti) seçkiqabağı mitinqində hücuma məruz qalıb.

 

Qutb.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən ČTK agentliyi məlumat yayıb.

 

"Andrey Babiş seçkiqabağı mitinq zamanı hücuma məruz qalıb. Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya gedib", - mətbuat katibi bildirib.

 

"Novinki" xəbər portalı da öz növbəsində aydınlaşdırıb ki, hadisə Çexiyanın şimal-şərqindəki Dobra kəndində baş verib.

 

Partiyanın deputatı Aleş Juxelka bildirib ki, Babiş Fridek-Mistekdəki xəstəxanadadır.

 

Juxelka təsdiqləyib ki, keçmiş baş nazirin başına bir neçə dəfə dəyənəklə zərbələr endirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur