Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edənlər Azadlıq meydanından prezident sarayına qədər yürüş ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb .
Etiraz aksiyasına qadınların da qatıldığı qeyd edilir. Fəallar qanunvericilik binasının qarşısına toplaşıblar. Onlar qanunun ləğvini tələb etməkdə davam edirlər.
Siyasətçilərin öz işlərində olduğu vurğulanır.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze demişdi ki, beynəlxalq tənqidlərə baxmayaraq, ölkə hakimiyyəti xarici agentlər haqqında qanundan imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, qanunu tənqid edən amerikalı və avropalı siyasətçilər qanun layihəsinin qəbuluna qarşı bir arqument də səsləndirə bilməyiblər.
Daha sonra hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili bildirib ki, respublika Avropa İttifaqına daxil olmaq təklifi aldıqdan sonra hakimiyyət xarici agentlər haqqında qanunu ləğv edəcək və ya ona yenidən baxacaq.
Hüseyn İbadlı