29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bir daşla üç "quş vurdu"

06 mar 2024 09:00
GÜNDƏM
ads

Alman zabitlərinin Kırım körpüsünün vurulması ilə bağlı sızdırılmış danışıq qeydləri “Putin bir daşla 3 quş vurdu” şərhinə səbəb olub. Müzakirələr Avropa daxilində parçalanmanı üzə çıxarıb.

Publika.az xəbər verir ki, "Russia Today" (RT) telekanalı martın 1-də Almaniya Hərbi Hava Qüvvələri komandanı İnqo Gerhartsın yüksək rütbəli ordu rəsmiləri ilə Ukrayna ilə bağlı keçirdiyi görüşün 40 dəqiqəlik səs yazısını dərc edib. Yazıda Almaniyanın Ukrayna ordusuna uzaqmənzilli və dəqiq idarə olunan “Taurus” qanadlı raketləri göndərməsi, Ukrayna ordusunun Rusiya daxilində həssas nöqtələri vurması və Krımı Rusiya materikinə birləşdirən Kerç körpüsü ilə bağlı ssenarilər müzakirə edilib.

Amerikanın “Politico” jurnalı Rusiya prezidenti Vladimir Putinin bir hərəkətlə üç kritik zərbə vurduğunu bildirib.

Rusiya yaydığı səs yazıları ilə həm Almaniyada, həm də Avropada liderlik qabiliyyəti şübhə altına alınan Almaniya kansleri Olaf Şoltsa kritik zərbə endirib. Sızdırılan səs yazısı Şoltsun ​​alman ordusunda üstünlüyü ilə bağlı müzakirələrə səbəb olub. Almaniya kanslerinin Avropaya rəhbərlik qabiliyyəti şübhə altına düşüb.

Almaniya kanslerinin Ukraynada Fransa və İngiltərə ordularının fəaliyyət göstərməsi ilə bağlı paylaşdığı məlumat Moskva ilə üz-üzə gəlmək istəməyən Avropa ölkələrini Kiyevə hərbi yardım haqqında iki dəfə düşünməyə vadar edib.

Bundan əlavə, indi Avropada belə bir ironiyalı ifadə işlədilir: "Gizli məlumatların Putinə çatmasını istəyirsinizsə, onu Şoltsla bölüşün".

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur