İranda növbədənkənar prezident seçkilərində səsvermə daha iki saat uzadılıb.
Publika.az xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Seçkiyə gec gələnlərin səs verməsi üçün səsvermə yerli vaxtla 00:00-a (Bakı vaxtı ilə saat 00:30-a qədər) qədər uzadılıb.
Qeyd edək ki, artıq üçüncü dəfədir səsvermə müddəti iki saat uzadılır.
***
İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 22:00-dək uzadılıb.
Publika.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında İranın daxili işlər naziri Əhməd Vəhidi seçkilərin müddətinin daha iki saat uzadılmasına qərar verib.
Əlavə edək ki, bu gün yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti 20:00-dək uzadılmışdı.
***
İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.