31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Qorxurlar: Çin və Rusiya Avropadakı kəşfiyyat əməliyyatlarının mərkəzini bu ölkəyə köçürüb

26 apr 2024 10:00
GÜNDƏM
ads

Almaniya son kəşfiyyat hadisələri ilə dünya gündəmindədir. Çin ölkədən texnologiya qaçırmağa çalışarkən, Rusiya təxribat və sui-qəsd planları hazırlayır. Son kəşfiyyat hadisələri Avropada narahatlıq yaradır.

Publik.az xəbər verir ki, Çin və Rusiya Avropadakı kəşfiyyat əməliyyatlarının mərkəzini Almaniyaya köçürüb.

Rəsmi orqanlar Almaniyanın Frankfurt şəhərinin Bad Homburq qəsəbəsində casusluq fəaliyyətinə görə üç Almaniya vətəndaşının həbs edildiyini açıqlayıb. Həbs edilən şəxslərin ölkənin hərbi texnologiyalarını Çinə satdıqları iddia edilib. Şübhəlilərin 2022-ci ilin iyun ayından Çin kəşfiyyatı üçün çalışdıqları da məlum olub. Şübhəlilərin bir tərəfdən Almaniyada istehsal edilən üstün texnoloji bilikləri, digər tərəfdən ölkədə qabaqcıl texnologiyaya sahib xüsusi lazer sistemini Çinə satdıqları aşkar edilib.

Əldə edilən məlumata görə, qruplaşmanın lideri Tomas R. Almaniyada Çin Dövlət Təhlükəsizliyi Nazirliyi nəzdində “hərbi istifadəyə yararlı və ya istehsal olunan qabaqcıl texnologiyaların əldə edilməsi” ilə bağlı tapşırıq verib. Digər tərəfdən, Hervig F. və Ina F. kodlu digər iki şübhəlinin Almaniyanın Düsseldorf şəhərində bir şirkətə sahib olduqları və bu şirkət vasitəsilə alman elm adamları və tədqiqatçılarla əlaqələr quraraq iş gördükləri də öyrənilib.

Digər tərəfdən, Rusiya üçün kəşfiyyat fəaliyyəti həyata keçirən iki Almaniya vətəndaşının Almaniya ərazisindəki hərbi və sənaye obyektlərinə qarşı təxribat və sui-qəsd planlarının hazırlanmasında iştirak etdiyi bildirilir. Həbs edilənlər Ukraynaya göndərilən hərbi yardımı təxribat etmək planı qurduqlarını da etiraf ediblər. Diter.S və Alexander.J kimi kodlaşdırılmış agentlərin ABŞ-ın idarə etdiyi hərbi obyektə hücum etməyi planlaşdırdıqları da məlum olub.

Kəşfiyyat xəbər saytlarına görə, Almaniya da Fransa ilə birlikdə Rusiyada "Vaqner"in sıralarında muzdlu olaraq döyüşən və geri qayıtmağa başlayan vətəndaşlarını izləməyə başlayıb.

Məsələ ilə bağlı adının açıqlanmasına istəməyən Federal Kəşfiyyat Xidmətinin təqaüdə çıxan ekspertinin verdiyi məlumata görə, Almaniya Çini Avropanın ən böyük strateji rəqibi və iqtisadiyyat üçün ən böyük təhlükə olaraq görür:

“Çin bir müddətdir həm sahədə, həm də rəqəmsal olaraq Almaniyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməyə çalışır. Çin Avropada əsasən maliyyə, sənaye, texnoloji və elmi kəşfiyyat üzərində çalışır. Əldə edilən sübutlar nəticəsində Almaniyada son 6 ayda zərərsizləşdirilən casuslar Kreml və Pekinə bağlıdır".

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur