01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Çin ABŞ-ı ittiham etdi: İnsan hüquqlarını pozur

29 may 2024 09:00
GÜNDƏM
ads
Advertisement

ABŞ hökuməti söz və ifadə azadlığını boğaraq vətəndaşların şəxsi həyatına nəzarət etmək səlahiyyətindən sui-istifadə edir.

Publika.az xəbər verir ki, bu ittiham Çin Xalq Respublikası Dövlət Şurasının mətbuat xidmətinin 2023-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında yer alıb.

Qeyd olunur ki, ABŞ-da insan haqlarının vəziyyəti pisləşməkdə davam edir. Çin ABŞ-da silah zorakılığının geniş yayıldığının fərqindədir. Sənəddə həmçinin həbsxana sistemində ciddi problemlər, etnik azlıqlara qarşı sistematik irqi ayrı-seçkilik, iqtisadi və sosial bərabərsizliyin artması qeyd olunub.

Bundan əlavə, hesabatda ABŞ Silahlı Qüvvələrinin digər ölkələrin suverenliyini və insan hüquqlarını pozduğu vurğulanır.

Çin iddia edir ki, Birləşmiş Ştatlar “uzun müddətdir hegemonluğun arxasınca düşüb, güc siyasəti həyata keçirərək humanitar böhranlar yaradıb”.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur