Avstraliyanın qadınlardan ibarət su polosu olimpiya komandasının üzvü Matilda Kirns Parisdə keçiriləcək Yay Oyunlarında biletlərin qiymətinə görə qəzəblənib.
Publika.az xəbər verir ki, idmançının sözlərini “Fox Sports” sitat gətirib.
İdmançı bildirib ki, komandasının iştirakı ilə bir oyuna biletin qiyməti 1625 dollar olacaq. Eyni zamanda Kerns dostları və ya qohumları üçün bir dənə də olsun pulsuz dəvət almadığını vurğulayıb.
Kearns Avstraliya komandasının tərkibində Tokioda keçirilən Oyunlarda da iştirak edib. Həmin vaxt Avstraliya 1/4 finala yüksəlib və burada Rusiyaya məğlub olub.
2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.