Ukrayna və Moldova Mixail Saakaşvilinin həbsxanasındakı saxlanma şəraitinə görə Gürcüstan hakimiyyətini haqsız yerə tənqid edib, buna görə bu ölkələrin prezidentləri Vladimir Zelenski və Maya Sandu gürcü xalqından üzr istəməlidirlər.
Publka.az xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasının Birinci Kanalına müsahibəsində respublika parlamentinin spikeri Şalva Papuaşvili tələb edib.
“Avropa Komitəsinin [İşgəncələrin Qarşısının Alınması üzrə] gəldiyi nəticədən öyrəndik ki, prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvləri Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışıblar. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də bu insanların üzr istəməsini gözləyirik”, - deyə qanunverici orqanın rəhbəri bildirib.
Yanvarın 18-də İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi Gürcüstanın keçmiş prezidentinin müalicə olunduğu Vivamedi klinikasında aparılan yoxlama haqqında hesabat dərc edib. Mütəxəssislərin fikrincə, Saakaşvili təmiz havada kifayət qədər az gəzinti istisna olmaqla, rahat şəraitdə saxlanılır.
Tural