Yeni araşdırma Arktikada buz itkisinin 2027-ci ilin yayında baş verəcəyini üzə çıxarıb.
QÜTB.AZ xəbər verir ki, zaman-zaman elm adamları buz sahəsinin qısa müddətdə bir milyon kvadrat kilometrdən aşağı düşməsi kimi fikirlər irəli sürüblər. Hazırda Arktikanın buzsuz qalacağının qaçılmaz olduğunu söyləyirlər.
Kolorado Boulder Universitetinin klimatoloqu Alexandra Jahn və İsveçin Göteborq Universitetinin əməkdaşı Selin Heuze də daxil olmaqla beynəlxalq tədqiqatçılar qrupu buzsuz ilk günü proqnozlaşdırmaq üçün 300-dən çox kompüter modelindən istifadə edib.
Araşdırmaya görə, Şimal Buzlu Okeanı müntəzəm olaraq buzsuz qalarsa, bu, şimal dənizinin zəif ekosisteminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Alimlər açıqlamalarında dəniz buzlarının əriməsinin qarşısını almağın mümkün olduğunu bildiriblər.
Aysel Şahmar