İsrail digər ölkələrdəki səfirliklərində təhlükəsizliyi gücləndirib
Martda 15 gün iş olmayacaq
İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləməyə hazırlaşır.
Qutb.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres italiyalı mütəxəssisin işindən razıdır.
O hesab edir ki, 63 yaşlı baş məşqçinin futbolçular arasında hörməti qazanılan nəticələrdə həlledici rol oynayır.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildə "Real Madrid"lə üç illik müqavilə imzalayıb. Komanda ötən mövsüm onun rəhbərliyi altında İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.