Mehriban Əliyeva Bolqarıstanın birinci xanımı ilə GÖRÜŞÜB
Ali məktəblərə qəbul balları kəskin şəkildə enib
Ali məktəblərə qəbul olunanların sevinci öz yerində amma qəbul nəticələri bəzi müzakirələrin yaranmasina yol açır.Əvvəlki illərdə keçid balı nisbətən yüksək olan ixtisaslara 2023-cü ildə qəbul bir qədəra sanlaşıb.Abituriyentlər ötən illərlə müqayisədə aşağı bal göstəricisi ilə dövlət sifarişi əsasında oxumaq fürsəti qazanıblar. Buna nümunə olaraq 1-ci qrupda yer alan Proseslerin avtomatlaşdirilmasi ixtisasina qebul balı ötən illərdə 600 bal olubsa, 2023-cü ildə həmin ixtisas üzrə keçid balı 200 bala qədər aşağı enib.Bu isə abituriyentlərin gələcək peşə fəaliyyətinə öz mənfi təsirlərini ötürəcək. Bu halda universitetə qəbul nəticələri ilə bağlı tələbələr arasında sorğu keçirdik.Tələbələr isə bildirir ki, onlar qəbul olan il ballar bu illə müqayisədə xeyli yüksək olub.
Qəbul ballarinin aşağı olması ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət etdik:
"Təbii ki bunlar aşağı nəticələrdir. Lakin bununla da ali təhsil müəssisələrinə qəbul plan yeri tam dolmayıb. Ən aşağı ballarla hətta IV ixtisas qrupuna belə 150 balla qəbul olmaq mümkün oldu. Bu ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla tələbə qəbulunu həyata keçirmiş olduq. Bu gələcək üçün müəyyən problemlər yaradacaq. Çünki hazırda aşağı ballarla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirildi. 150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problem yaradacaq. Ümumilikdə bu il ali məktəblərə fantastik göstərici ilə 50 mindən çox abituriyent qəbul oldu. Amma bundan sonra ali məktəblərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, aşağı balla universitetlərə qəbul təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərəcək", - deyə ekspert
əlavə edib.
Günümüzdə təhsil,elm yolçuluğuna deyil,diplom ovçuluğuna çevrilir.
Niyaz Hacıyev, Təhminə Abdürrəhimova, Çingiz Əmrahov