ABŞ müttəfiqlərinə bildirib ki, Niderlandın Baş naziri Mark Rutte Şimali Atlantika Alyansının əla yeni baş katibi olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .
"Birləşmiş Ştatlar müttəfiqlərinə açıq şəkildə bildirdi ki, biz cənab Ruttenin NATO-nun əla baş katibi olacağına inanırıq", - o deyib.
Xatırladaq ki, bir gün əvvəl Ruttenin namizədliyi alyansda iştirak edən 20-dən çox ölkə tərəfindən dəstəklənib O, apreldə bloka rəhbərlik edə bilər. Hesab olunur ki, bu qərarla bağlı bütün digər ölkələr də müsbət rəy verməlidirlər.
Hüseyn İbadlı