Qırğızıstanın Narın Vilayət Məhkəməsi Beknazar Boruquluulunu "Waqner" PMC-nin tərkibində Ukraynada müharibədə iştirak etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Publika.az "Radio Azattyk"ə istinadla xəbər verir.
Qeyd edilib ki, “Waqner” PMC-nin tərkibində Ukraynada döyüşmüş 27 yaşlı Narın vilayəti saki, 2023-cü ilin avqustunda saxlanılıb. O, qruplaşmanın sıralarına Rusiya həbsxanalarından birində cəza çəkərkən qoşulub.
Həmin şəxs Qırğızıstana qayıtdıqdan üç həftə sonra saxlanılıb.
Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstan vətəndaşının xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirakı faktı ilə bağlı araşdırmaların aparıldığını açıqlayıb.
Hüseyn İbadlı