Fransada ifrat sağçı Milli Birlik (RN) və “Yenidən fəth” partiyalarının növbədənkənar ümumi seçkilərə birlikdə qatılmayacağı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Parlamenti (AP) seçkilərində “Yenidən fəth” siyahısının lideri olan Marion Mereçal “X” hesabında açıqlama verib. O, partiyalarının RN ilə birlikdə seçkilərə qatılmayacağını bildirib.
Mereçal 2 gündür ki, Makron hökumətinin sol və ifrat sola qarşı “sağçılar və vətənpərvərlər” koalisiyası yaratmağa çalışdığını bildirib. Bunun üçün də dünən Le Pen və RN prezidenti Jordan Bardella ilə görüşüb.
"Jordan Bardella rəftarlarının dəyişdiyini və RN-nin prinsip olaraq belə razılaşmanı qəbul etmədiyini mənə bildirdi”, - Mereçal əlavə edib.
Qeyd edək ki, AP seçkilərinin Fransa mərhələsində ifrat sağçı RN 31,37 faiz səslə birinci, Makronun partiyası "Rönesans" isə 14,60 faizlə ikinci olub. Makron seçkilərin nəticələrindən sonra parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.
Roza Şəfiyeva