28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tehrandan Ukraynadakı münaqişəyə baxış

25 noy 2024 00:01
GÜNDƏM
ads

"ABŞ-da yeni administrasiyanın gəlişi ilə Qərbin Ukraynaya yardımı azalacaq".

QÜTB.AZ IRNA-ya istinadla xəbər verir ki, bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Onun fikrincə, Qərb ölkələri Ukraynanı siyasi məqsədləri üçün qurban verdilər və görünür, Rusiya münaqişədə qalib gələcək.

“Ukrayna və Rusiyaya gəlincə, qeyd etmək lazımdır ki, Qərb ölkələri öz rəqibləri ilə birbaşa qarşıdurmadan qaçmağa çalışırlar və buna görə də özlərinə ciddi zərər vurmamaq üçün müxtəlif ölkələrdəki insanları rəqiblərlə münaqişəyə sövq etməyə çalışırlar”, - deyə Vilayəti bildirib.

Bu fonda Britaniyanın “The Guardian” qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll edərkən Avropa və Böyük Britaniya ilə danışıqlara müraciət edə bilər, çünki sonuncu Vaşinqtona “maraqlı nəsə” təklif edə bilər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur