Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 2,8 min insanın yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib.Zəlzələnin ocağı 15 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik ətraflı məlumat verilmir.
Milli.Az