İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti cümə gecəsi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Publika.az-ın məlumatına görə, İran hərbçiləri “Dəməşq hava limanında yüksək rütbəli nümayəndə heyətini qəbul ediblər”. Bildirilir ki, hücum nəticəsində SEPAH qüvvələrinin Suriyanın şərqindəki komandiri Nurat Rəşid yaralanıb.
Xatırladaq ki, dekabrın 25-də SEPAH generalı Razi Musəvi İsrailin hava hücumu nəticəsində öldürülüb. Onun Dəməşqin cənubundakı Seyyidə Zeynəb rayonunda yerləşən evinə üç raket atılıb. İranlı general Suriya hökumət ordusunun tərəfində vuruşan şiə qüvvələrinin fəaliyyətini koordinasiya edib.