29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Zəngəzur dəhlizinin açılmasına mane olan əsas ölkə İrandır"

13 dek 2024 14:00
GÜNDƏM
ads

“ABŞ bu gün də bizi sanksiya tətbiq edəcəyi ilə hədələyir, bu gün də münasibətlərimizdə ciddi gərginlik var. İranla da münasibətlərimizdə gərginlik davam edir. Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasına da mane olan əsas ölkə İrandır. Bizim səfirliyimizə məhz bu ölkədə basqın edildi və diplomatımız qətlə yetirildi”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentin iclasında deputat Qüdrət Həsənquliyev səslədirib.

O bildirib ki, bu gün həm Avropa İttifaqı, həm Avropa Şurası ilə münasibətlərimizdə ciddi gərginlik yaşanmaqdadır:

“Mən bunu qətiyyən uğursuz diplomatiya ilə əlaqələndirmirəm. Əksinə, mən, hörmətli sədrimiz başda olmaqla, həm Milli Məclisin üzvlərinə, xarici siyasətin həyata keçirilməsindəki iştiraklarına görə diplomatlarımıza, həm Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına, rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yəni bizə olan təhdidlərin kökündə tamamilə başqa maraqlar, ermənipərəst dairələrin fəaliyyəti dayanır”.

Deputat bildirib ki, ölkəmiz bu sahədəki fəaliyyətini əldə edilmiş uğurlara baxmayaraq, daim genişləndirməlidir:

“Xatırlayıram, bir dəfə NATO Parlament Assambleyasının bir iclası Avropanın inkişaf etmiş ölkələrindən birində keçirilirdi. Orada səfirlə görüşdə hiss elədim ki, bizim səfirlik yerli mətbuatı oxumur. Mən bununla bağlı sual verdim, o da mənim narahatlığımı başa düşdü. Dedi ki, ingilis dilində həftəlik bir qəzet çıxır, onu oxuyuruq və əlavə etdi ki, fəaliyyət göstərdikləri ölkənin dili çox çətindir. Amma mənim narahatlığımı başa düşdüyündən dedi ki, fikirləri var ki, yerli dili bilən bir nəfəri işə götürsünlər və o, mətbuat xülasəsini hazırlasın”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, yeni qanunun 6.1-12-ci maddəsində qeyd olunur ki, diplomatlar fəaliyyət göstərdikləri ölkələrdə qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, işgüzar dairələrlə ciddi əlaqələr qurmalıdırlar. Amma orada media və siyasi partiya nümayəndələri ilə görüşlər barədə heç nə qeyd olunmur. Mən hesab edirəm ki, əksinə, o da əlavə olunmalıdır ki, səfirliklərimiz mütəmadi olaraq fəaliyyət göstərdikləri ölkələrin mətbuat xülasəsini hazırlamalı və Azərbaycan Xarici İşlər Nazirliyinə bu barədə məlumat verməlidirlər. O cümlədən hörmətli Nigar xanım (Nigar Arpadarai) görüşlərin keçirilməsi barədə məlumatların verilməsi məsələsini qeyd elədi. Mən, həqiqətən də bunu zəruri hesab edirəm və dəstəkləyirəm. Ona görə diplomatlar bütün fəaliyyətləri barədə öz rəhbərlərini məlumatlandırmalıdırlar”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur