04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

FHN-nin Bakı Regional Mərkəzi tərəfindən nümunəvi dərs keçirildi

27 apr 2024 08:00
GÜNDƏM
ads

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Publika.az xəbər verir ki, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Nümunəvi dərsi giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov bu tipli maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilindən geniş söhbət açıb.

Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur