Fransa çərşənbə axşamı yoldaşlıq görüşündə Çiliyə 3:2 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, jurnalist Romain Molina bildirib ki, bəzi oyunçular qələbəni təmtəraqla qeyd ediblər.
Son toplanış Didye Deşamın komandası üçün yaxşı olmayıb. Əvvəlcə dünya vitse-çempionları Almaniyaya 0:2 hesabı ilə uduzublar.
Daha sonra Fransa Çili üzərində qələbə qazana bildi. Lakin 3:2 hesablı nəticəni Fransanın gücünün nümayişi hesab etmək olmazdı.
Romain Molina 3 fransız futbolçunun son matçdan sonra şənlik etdiyini bildirib. Bu, çərşənbə axşamından çərşənbəyə keçən gecə Marseldəki “Sofitel” otelində baş verib. Futbolçular spirt və narkotik olaraq istifadə edilən azot qəbul ediblər.
Tanınmış jurnalist digər qonaqların da futbolçuların və onların qonaqlarının səs-küyündən, davranışlarından şikayətləndiyini vurğulayıb. Səhər saat 6:00 radələrində polis otelə gələrək asayişi bərpa etməyə çalışıb.
Qarşıdan gələn Avropa çempionatında Fransa D qrupunda mübarizə aparacaq. Deşamın komandası Avstriya, Niderland və Polşa ilə bir qrupdadır.
Heybət