Tərkibində A, B6, C, E və K vitaminləri, dəmir və fosfor mineralları olan alma istehlakı gündəlik qida ehtiyaclarını qarşılamaqda güclü köməkçidir. Şəfa mənbəyi olan almanın özü kimi qabığı da sağlamlığa müəyyən faydalar verir.
Publika.az xəbər verir ki, alma qabığından hazırlanmış çayın bu faydalarını eşidənlər artıq onu atmayacaqlar.
Həzmi tənzimləyir: Alma qabığı çayının hazırlanması tərkibindəki sağlam liflər və fitokimyəvi maddələr sayəsində həzmi tənzimləməyə kömək edir. Alma qabığındakı liflər bağırsaq hərəkətliliyini artırır və qəbizlikdən qoruyur.
Ürək sağlamlığını qoruyur: Alma qabığı pektin ehtiva edir. Pektin bədəndə sağlam xolesterin kimi tanınan HDL səviyyələrinin artmasına və zərərli xolesterol kimi tanınan LDL səviyyələrinin azalmasına kömək edir. Alma qabığı çayı xolesterinin qarşısını alaraq ürək sağlamlığını qoruyur.
Qan şəkərini balanslaşdırır: Diabet riskini azaltmağa kömək edən alma qabığı çayı təbii şəkər ehtiyacını da qarşılamağa kömək edir.
Arıqlamağa kömək edir: Alma qabığının çay şəklində istehlakı, tərkibindəki pəhriz lifləri və sağlam təbii turşu sayəsində bazal maddələr mübadiləsini sürətləndirir.
İmmuniteti gücləndirir: Çay şəklində alma qabığının müntəzəm istifadəsi bədəndən toksinlərin çıxarılmasına kömək edir. Zərərli sərbəst radikallarla mübarizə aparmağa kömək edən alma qabığı çayı sayəsində bədəninizi qrip, soyuqdəymə kimi mövsümi xəstəliklərdən də qoruya bilərsiniz.
Roza Şəfiyeva