29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Məşhur axtarış sistemi fantastik qiymətə satıldı

06 fev 2024 04:00
GÜNDƏM
ads
Advertisement

"Yandex" axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib. Belə ki, Niderlandın "Yandex N.V." şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq.

Publika.az oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda, menecer komandası xüsusi səhmdar hüquqları əldə edəcək və şirkəti idarə etməyə davam edəcək.

Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş "Yandex" olacaq.

Şirkətin əsas sahibi "Yandex" menecerlərinin başçılıq etdiyi "Konsorsium.Pervıy", habelə "Leta Capital" vençur fondunun təsisçisi Aleksandr Çaçavanın, "Infinitum" depozitarının rəhbəri Pavel Prassın, LUKOIL qrupunun və sahibkar Aleksandr Ryazanovun strukturları olacaq.

Mövcud idarəetmə komandası qrupun əhəmiyyətli yenidən təşkili, büdcənin təsdiqi, iri əməliyyatların təsdiqi və Nizamnaməyə dəyişikliklər kimi əsas qərarların qəbulu üçün xüsusi səhmdar hüquqları əldə edəcək. Bu məqsədlə "Menecerlər Fondu" dövlət qeydiyyatına alınıb.

Artyom Savinovski "Yandex"in baş direktoru olaraq qalacaq; şirkət İsraildə yaradılmış "Nebius", "Toloka", "Avride" və "TripleTen" startapları, həmçinin Finlandiyada data mərkəzi istisna olmaqla "Yandex N.V." qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.

"Yandex restrukturizasiyadan sonra özəl, müstəqil və ictimai şirkət olaraq qalacaq", - bəyanatda deyilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur