Meksika 2036-cı il Olimpiadasına ev sahibliyi etmək iddiasını geri götürüb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Olimpiya Komitəsinin prezidenti Mariya Alkala məlumat verib.
Meksikanın 2036 və ya 2040-cı il Oyunlarına ev sahibliyi etmək niyyəti 2022-ci ilin oktyabrında məlum olub. Meksika indi 2030-cu il Gənclər Olimpiadasına və ya 2027-ci ildə Panamerika Oyunlarına ev sahibliyi etməyə ümid edir. Polşa, Türkiyə, İndoneziya və Hindistan 2036-cı il Olimpiadasına ev sahibliyi etməyə iddialıdır.
Sözügedən ölkə daha əvvəl 1968-ci ildə 19-cu Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.
Qeyd edək ki, 2024-cü ildə oyunlar Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə isə Brisbendə keçiriləcək.