Fransa prezidenti Emanuel Makron və hökuməti Avropa Superliqasının yaradılması ilə bağlı açıq bəyanatla çıxış etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Cadenaser" məlumat yayıb.
Ölkənin yüksək vəzifəli şəxsləri yeni turnirin yaranmasına qarşı çıxacaqlar. Almaniya və İtaliya da oxşar bəyanatla çıxış edə bilər.
Xatırladaq ki, Avropa Məhkəməsi FİFA və UEFA-nın Superliqanın başlamasına qadağa qoyan hərəkətlərini qanunsuz elan edib. Məhkəmə sözügedən qurumların futboldakı hakim mövqelərindən sui-istifadə etdiyi barədə qərar çıxarıb.
Heybət