İranın İsrailin mümkün zərbəsinə reaksiyası onun şiddətindən asılı olacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “The New York Times” məlumat yayıb.
Dörd İran rəsmisi nəşrə bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei hərbçilərə hücuma cavab vermək üçün çoxsaylı hərbi planlar hazırlamağı əmr edib.
Mənbələr vurğulayıblar ki, əgər İsrail tərəfi bir neçə hərbi baza və silah anbarına hücumla məhdudlaşarsa, Tehran heç nə edə bilməz.
Nəşr qeyd edir ki, İsrail daha ciddi ziyan vurarsa, İran cavab tədbirləri görəcək. Tehran minə qədər ballistik raket buraxmağı, silahlı qrupların bölgədəki hücumlarını artırmağı, Fars körfəzi və Hörmüz boğazı vasitəsilə qlobal enerji təchizatını və daşımaları dayandırmağı düşünür.
Bir gün əvvəl İsrailin İrana hücumu hazırlaması ilə bağlı gizli sənədlərin Amerika mediasına sızması səbəbindən onu təxirə salmalı olduğu bildirilmişdi.
Hüseyn İbadlı