01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Piylənmənin əsas səbəbləri bəlli oldu

27 yan 2024 05:00
GÜNDƏM
ads

Endokrinoloq İlya Lukonin piylənmənin əsas səbəblərindən danışıb.

Publika.az xəbər verir ki, "Sport Express"ə danışan mütəxəssis piylənməyə ilk növbədə qeyri-sağlam həyat tərzinin səbəb olduğunu deyib.

"Söhbət düzgün olmayan yemək vərdişləri və aşağı fiziki fəaliyyətdən gedir. Stress və normal yuxunun olmaması da artıq çəkiyə səbəb olur. Psixo-emosional stressi aradan qaldırmaq üçün insan həddindən artıq yeməyə başlayır. Qeyri-sağlam həyat tərzi artıq kalorilərin bədənə daxil olmasına səbəb olur ki, bu da öz növbəsində çəkinin artması ilə nəticələnir", - ekspert bildirib.

İkinci dərəcəli piylənməyə gəlincə, endokrinoloq xəbərdarlıq edib ki, bu, hətta düzgün qidalanma və fiziki fəaliyyətlə məşğul olanlarda da baş verə bilər.

"Piylənmə və bədən quruluşunun pisləşməsi, məsələn, qalxanabənzər vəzinin patologiyaları, şəkərli diabet, hipotalamik-hipofiz sisteminin xəstəlikləri, cinsi vəzilər və adrenal bezlər kimi endokrin xəstəliklər nəticəsində də baş verə bilər. Həmçinin insan orqanizminin fərdi genetik xüsusiyyətləri piylənməyə səbəb ola bilər", - həkim yekunda qeyd edib.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur