Avroviziya təmsilçimiz Səmra Rəhimli nitqdəki qüsurlarla bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, Səmra bununla bağlı instaqramda “story” paylaşıb. O, ana dilində düzgün danışa bilməyənlərə irad bildirib:
““K” hərfini “ç” kimi tələffüz edən “Ş” hərfini “Şi” kimi, yəni çox yumşaq tələffüz edən insanlar Azərbaycan dilini harada öyrəniblər? Mən məktəbdə oxuyanda heç bir müəllim belə ləhçə ilə danışmırdı. Xarici görünüşə, geyimə, əməliyyatlara bu qədər vaxt və vəsait xərcləyincə, bir az danışığımızı da düzəltsək yaxşı olar. Bütün xarizmanızı məhv edir, bütün yuxarıda sadalıqlarımı havaya etmiş olursunuz. Gənclərin belə danışıq tərzini eşidəndə isə daha da çox məyus oluram. Gözəl Azərbaycan dilimizi məhv etməyin. Hələ efirə çıxan insanlar heç bunu etməsinlər. (OLAY)