30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ermənistan öz təhlükəsizliyini özəl təşkilata həvalə edir: "Bu, hələ başlanğıcdır..."

06 sen 2024 20:00
GÜNDƏM
ads

"Ermənistan xarici işlər nazirinin müavini parlamentdə bildirib ki, onlar Ermənistan ərazisindən keçən yolların təhlükəsizliyini özəl təşkilata təhvil vermək imkanını nəzərdən keçirirlər. Bu o deməkdir ki, Ermənistan dövləti öz ərazisində təhlükəsizliyi təmin edə bilmədiyini rəsmən etiraf edir və bu məsuliyyəti təhlükəsizlik orqanlarından daha etibarlı olan özəl təşkilata həvalə edir".

QÜTB.AZ xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, Ermənistanın suverenliyinin azalmasıdır.

"Əgər Ermənistan öz ərazisində təhlükəsizliyi təmin etmək iqtidarında olmadığını tanıyırsa, suveren hüququnu hansısa özəl şirkətə verirsə, bu o deməkdir ki, növbəti mərhələdə digər vəzifələr də başqa özəl şirkətlərə veriləcək. Öz suverenliyi ilə öyünən hökumət indi belə addım atır. Lakin bu hələ başlanğıcdır. Uzun müddətdir ki, Gürcüstan və Rusiya İsveçrədə Abxaziyadan keçən yolun belə bir şəkildə açılması ilə bağlı danışıqlar aparır və İsveçrənin özəl şirkətinə belə funksiyaların verilməsi müzakirə olunurdu. Gürcüstan belə bir fürsətdən imtina etdi. Çünki bu halda Abxaziya rəsmi olaraq mübahisəli ərazi kimi tanınacaqdır. İndi Ermənistan Zəngəzurla bağlı təklif etdiyi status Abxaziyanın statusundan daha aşağıdır", - deyə o vurğulayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur