Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Baş Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun anlaqsız olması və ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməsi məsləhət görülüb.
Publika.az xəbər verir ki, bu barədə prokuror Ziya Mansurov deyib.
Əhməd Əhmədov ittihamı qəbul edib. İttihamı etiraf edib. İfadə verməkdən imtina edib.
Növbəti prosesdə sənədlər tədqiq olunacaq. Proses iyulun 23-də davam edəcək.