“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola psixoloji problemlər yaşadığını etiraf edib.
QÜTB.AZ xəbər verir ki, ispaniyalı mütəxəssis dərisində problem yarandığı üçün 2-3 ildir ki, antihistaminiklər qəbul etdiyini bildirib:
“Mən bəzən əsəbi oluram, bəli. Pis günlərim olur və çox qarışıq oluram. Kobudluq məni əsəbiləşdirir. Bəzən ağlımı itirirəm? Bəli.
Beş ay əvvəl olduğum məşqçiyəm. Premyer Liqa çempionu olan. Öz vəziyyətimə qarşı çıxmıram. Əgər indi ruh halım eybəcərdirsə, çirkinə. Ancaq bunun keçəcəyini bilirəm”.
Qeyd edək ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 10 matçda 7 məğlubiyyət alıb. Premyer Liqada “şəhərlilər” 27 xal toplayaraq, 4-cü pillədə qərarlaşıb. Çempionlar Liqasında İngiltərə klubu 8 xalla 22-ci yerdədir.