01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ

26 yan 2024 01:00
GÜNDƏM
ads

Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.

Publika.az xəbər verir ki, Ağcabədi sakini Allahverən Hacıyev iki il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.

Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.

Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov bildirib ki, ilk öncə hər bir vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamalıdır.

Hüquqşünas həmçinin əlavə edib ki, bu vəziyyətdə şikayətçi avtomobili aldığına dair sübutları varsa, bu zaman məhkəmədə öz haqqını tələb edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur