Rusiya prezidenti Vladimir Putinin Ulan-Batora səfəri 2024-cü ildə baş tuta bilər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya liderinin Monqolustana səfərinin baş tuta biləcəyini Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bəli, razılaşdırılsa, səfər bu il mümkündür”, - deyə Kreml rəsmisi səfərin vaxtı barədə suala cavab verib.
Xatırladaq ki, bundan əvvəl Putin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxla görüşmüşdü.
Adəm Abbaslı