Bir saatdan az müddətdə Livandan İsrailin şimalına 100-ə yaxın raket atılıb.
QÜTB.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
İsrailin şimalında, o cümlədən bütün Qaliley, Hayfa körfəzi əraziləri və İzreel vadisində hava hücumu sirenləri səslənib.
“İki yaylım atəşi nəticəsində Livan ərazisindən atılan 20 və 80-ə yaxın mərmi qeydə alınıb. Onların bəziləri məhv edilib. Düşmüş mərmilər də tapılıb”, - məlumatda deyilir.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Adəm Abbaslı