29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Əhaliyə daha bir xəbərdarlıq

03 noy 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

QÜTB.AZ xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.

Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

“Bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırırıq”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur