2024-cü ilin birinci yarısında Özbəkistan iqtisadiyyatında Rusiyadan yatırılan investisiyaların və kreditlərin payı bir il əvvəlkinə nisbətən 18,8% azalaraq respublikaya qoyulan ümumi xarici investisiyaların 16,4%-ni təşkil edib.
Publika.az xəbər verir ki, bu, hələ də investor ölkələr arasında ikinci göstəricidir. Ölkənin statistika agentliyinin məlumatına görə, xarici investisiyaların həcmi 1,7 dəfə artıb.
Statistika agentliyinin məlumatına görə, yanvar-iyun aylarında Özbəkistanda əsas kapitala yönəldilmiş xarici investisiyaların və kreditlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 156,7 trilyon soma (təqribən 12,5 milyard dollar) və ya ümumi məbləğin 68,3%-nə çatıb.
Yanvar-iyun aylarında Rusiyanın Özbəkistana yatırdığı investisiyaların həcmi 25,7 trilyon sum (təxminən 2 milyard dollar) təşkil edib. Belə ki, Özbəkistan iqtisadiyyatına qoyulan xarici investisiyaların 16,4%-ni Rusiyadan yatırılan investisiyalar təşkil edir ki, bu da investor ölkələr arasında ikinci göstəricidir.
Siyahıya Çin başçılıq edir (22,4%), ilk üçlüyə Türkiyə (7%) daxildir. Həmçinin, departamentin məlumatına görə, yanvar-iyun aylarında Özbəkistanda əsas kapitala investisiyaların ümumi həcmi 36,6% artaraq 229,3 trilyon suma (təxminən 18,3 milyard dollar) çatıb.
Rusiya Özbəkistanda ən böyük investorlardan biri olaraq qalır və hazırda Rusiya şirkətlərinin iqtisadiyyata sərmayələri təxminən 13 milyard dollar təşkil edir. Rusiya Federasiyasının respublikadakı ticarət nümayəndəliyindən verilən məlumata görə, gələcəkdə 20 milyard dollardan çox investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Tural