Litvanın Tbilisidəki səfiri Andrius Kalindra Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomata Litva rəsmilərinin son bəyanatları və hərəkətləri vasitəsilə Vilnüsün Gürcüstanın daxili işlərinə kobud müdaxiləsi barədə məlumat verilib.
Xüsusən, nazirlik Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergisin Tbilisidə keçirilən etiraz aksiyasında iştirakına və “xarici agentlər” haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılmasına işarə edib.
Tural