28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Eks-nazir türmədən qaçıb?

11 noy 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi respublikanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin koloniyadan qaçması ilə bağlı internetdə yayılan məlumatı təkzib edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə KazTAG agentliyi məlumat yayıb.

"Sosial şəbəkələrdə məhkum Bişimbayevin qaçması ilə bağlı yalan məlumatlar yayılır", - komitənin məlumatında deyilir.

İdarədən verilən məlumata görə, sabiq milli iqtisadiyyat naziri cəzasını “maksimum təhlükəsizlik” müəssisəsində çəkir. Komitə əlavə edib ki, dezinformasiyanın yayılması ilə əlaqədar artıq cinayət işi açılıb və təqsirkarlar “məsuliyyət qarşısına çıxarılacaq”. Departament yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Xatırladaq ki, noyabrın 10-da jurnalistlər Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin məhkəmə hökmündən sonra olması lazım olan koloniyada olmadığını aşkar ediblər .

Mayın 13-də məhkəmə Bişimbayevi 24 il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, o, əvvəlcə arvadı Səltənət Nukənovanı döyüb, sonra isə onu boğmağa başlayıb. Nəticədə o, ciddi xəsarətlər alıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur