11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Suriyada dövlət qulluqçularının maaşı 4 dəfə ARTIRILIR

05 yan 2025 23:00
GÜNDƏM
ads
Advertisement

Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 4 dəfə (mövcud maaşın 4 misli) artırmaq qərarına gəlib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək. Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır.

Suriyanın yeni hökumətinin maliyyə naziri Mohammed Abazid "Reuters"-ə deyib: "Bu, ölkədəki iqtisadi vəziyyəti həll etmək üçün ilk addımdır. Dövlət qulluqçularının bu ay üçün maaşları bu həftə ödəniləcək".

Dekabrın sonunda “The Wall Street Journal” (WSJ) Suriyanın yeni hakimiyyət orqanlarının müharibədən dağılmış iqtisadiyyatı bərpa etməyə çalışdığını, lakin sanksiyalar və neft yataqlarına nəzarətin itirilməsi səbəbindən problemlərlə üzləşdiyini yazıb.

WSJ nəşri qeyd edir ki, ölkədə hakimiyyətə gələn “Heyəti Təhriri əş-Şam” Suriyada azad bazar qurmağı, neft sənayesini dirçəltməyi və beynəlxalq təşkilatlar yaratmağı planlaşdırır.

Xatırladaq ki, keçmiş prezident Bəşər Əsəd hökuməti sanksiyalarla üzləşib və həmçinin neft yataqlarına nəzarəti itirib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur