29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünya niyə mavi ekranla üzləşdi?

19 iyl 2024 16:00
GÜNDƏM
ads

Dünya niyə mavi ekranla üzləşdi? Əslində problem ilk göründüyü kimi "Windows"da deyil və "Windows" istifadə edən hər kəs bununla qarşılaşmayıb. Problem "CrowdStrike" kimi nəhəng kibertəhlükəsizlik şirkətində baş verib. Bu şirkət dünyanın ən nəhəng kooperasiyalarına təhlükəsizlik xidməti verir.

Publika.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas bildirib.

Onun sözlərinə görə, problem yalnız "CrowdStrike"dan xidmət alan şirkətlərdə baş verib.

"Çünki bu şirkətin "Falcon" həlli üçün yaydığı yenilənmə "Windows" əməliyyat sistemi ilə konflikt yaşayıb. Beləcə "Falcon" istifadə edən və yenilənən bütün cihazlar bir anda mavi ekran xətası ilə qarşılaşıb.

"CrowdStrike" çox ciddi və böyük şirkətdir. Texas mərkəzli bu şirkət "Fortune 500"də yer alan brendlərə xidmət satır. Buna görə də xətanın miqyası və zərəri böyük oldu. Şirkət hadisə baş verəndən sonra birjada çox ciddi dəyər itkisi ilə üzləşdi. Azərbaycanda bu şirkətin xidmətindən istifadə edən şirkət olmadığından, bununla bağlı hər hansı çətinlik yaşanmayıb.

Necə dəyərlər, dünyanın ən böyük kiber təhdidini elə ən güclü kibertəhlükəsizlik şirkəti yaşatdı", - deyə texnobloqer qeyd edib.

Ləman


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur