29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik"

18 okt 2024 00:00
GÜNDƏM
ads

Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

QÜTB.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Toplantıya Gürcüstan da dəvət olunub.

“Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər”, - nazir qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir:

"İki ölkə bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış edir. İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir. İqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır".

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur