02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Gürcüstana ayrılan maliyyə dondurulur

10 okt 2024 03:00
DÜNYA
ads
Advertisement

Avropa Parlamentinin deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.

QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı sənədin mətninə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qətnamə lehinə 495 nəfər səs verib, 73 nəfər əleyhinə çıxıb, 86 nəfər isə bitərəf qalıb.

Sənəddə bildirilir ki, 2023-cü ilin dekabrında Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusu verilsə də, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim “Gürcü arzusu” Partiyası getdikcə avtoritar gündəmi təşviq edir.

Həmçinin qeyd olunur ki, Gürcüstanın yeni qanunları ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə söz azadlığını pozur, mediaya senzura tətbiq edir, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi səslərə məhdudiyyətlər qoyur və həssas insan qruplarına qarşı ayrı-seçkilik yaradır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur