Termonüvə sintezi sahəsində görkəmli sovet və rus alimi, akademik Yevgeni Velixov 89 yaşında vəfat edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Yevgeni Velixovun bütün həyatı yerli elmin bu yeni perspektivli sahəsinin inkişafına həsr edilib. O, 1958-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən dərhal sonra tədqiqatlara başlayıb.
Üç ildən sonra Kurçatov Atom Enerjisi İnstitutunda işləməyə başlayıb, ardıcıl olaraq elmi işçidən direktora və fəxri prezidentə qədər vəzifələr tutub.
Akademik Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə SSRİ və Rusiya Federasiyasının ali mükafatları, o cümlədən “Şücaət” ordeni ilə təltif edilib.
Hüseyn İbadlı