Türkiyənin ilk insanlı kosmos missiyası üçün geri sayım davam edir.
Publika.az xəbər verir ki, bu barədə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır "X" sosial şəbəkəsində paylaşım edib.
"Missiya Türkiyənin kosmos elmi araşdırmalarında mühüm bir mərhələ olmaqla yanaşı, gələcək nəsillər üçün də böyük bir ilham mənbəyi olacaq.
Türkiyənin ilk kosmos səyyahı "Gezeravcı" "Ax-3" heyəti ilə birlikdə yanvarın 17-dən 18-nə keçən gecə saat 01:11 radələrində Beynəlxalq Kosmos Stansiyasına doğru hərəkət edəcək", -nazir qeyd edib.