Martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.
Bu barədə Publika.az-a Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 502 əsas küçə və prospektlərində bitkilərin ziyansız yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib:
“Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər. Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz bayramını təmiz şəhərdə, xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir”, - deyə məlumatda bildirilib.