19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Zelenski yeni Papa ilə görüşdü

18 may 2025 22:00
DÜNYA
ads
Advertisement

Bu gün yeni Roma papası XVI Leo inaqurasiya mərasimindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska ilə görüş keçirib.

Qutb.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb.

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik,” – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, pontifik milyonlarla insan üçün sülhə olan ümidi təmsil edir. O, Papa XIV Leonun Ukraynadakı müharibənin başa çatmasında mühüm rol oynaya biləcəyinə əminliyini ifadə edib.

“Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur