02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İran Bayden və Makronun ittihamlarını RƏDD ETDİ

11 iyn 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını tənqid edərək, mətndə Tehrana qarşı irəli sürülən “əsassız və qəbuledilməz ittihamları” rədd edib.

Publika.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında qeyd olunur.

Kənani anti-İran bəyanatını əsassız və siyasi məqsədlər güdən adlandırıb.

O vurğulayıb ki, regionda və dünyada sabitliyin bərqərar olması, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün terrorçu qruplarla mübarizədə İranın rolu əvəzsizdir.

Bundan əlavə, o, Tehranın “beynəlxalq hüquq və öhdəliklər çərçivəsində MAQATE ilə texniki əməkdaşlığa” sadiqliyini təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə Yelisey sarayında danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Paris və Vaşinqtonun İranı “regionda sabitliyi pozmağa” son qoymağa məcbur etmək üçün ona təzyiq etmək niyyətində olduğunu bildirmişdi.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur