Aktrisa Xəyalə Quliyeva 44 yaşını qeyd edib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
O, yaşını heç vaxt sirr saxlamadığını bildirib.
"Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin, 44. Sevincinlə, sevginlə, uğurunla, xeyrinlə gəl! Yeni yaşım mübarək olsun! Yaxşı ki varam, yaxşı ki, doğulmuşam", - deyə, Quliyeva paylaşımında yazıb.