24.10.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Bu dəfə Rusiyadakı miqrantları hədəfə aldı

24 okt 2025 00:00
DÜNYA
ads

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkədə çalışan miqrantlarla bağlı sərt bəyanatla çıxış edib.

Qutb.az bu barədə  “Kommersant”a istinadən xəbər verir.

O bildirib ki, əmək miqrantları Rusiyada yalnız əmək müqaviləsində göstərilən şərtlər çərçivəsində qalmalı və iş bitdikdən sonra ölkəni tərk etməlidirlər.

“Bizim ərazimizdə olan hər kəs, ölkəyə hansı müqavilə ilə daxil olubsa, həmin müqavilənin şərtlərinə tam əməl etməli və tapşırıqlar yerinə yetirildikdən sonra ölkəni tərk etməlidir”, – deyə Medvedev miqrasiya məsələlərinə həsr olunan iclasda bildirib.

O, bu tədbirin cəmiyyətdəki gərginliyi azaltmağa və qarşıdurmaların qarşısını almağa kömək edəcəyini qeyd edib.

“Qeyri-qanuni və nəzarətsiz miqrasiya yolverilməzdir, çünki bu, terrorçu və ekstremist qruplar üçün çox əlverişli şərait yaradır,” - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Medvedev əlavə edib ki, bundan sonra miqrasiya proseslərinə nəzarətin əsas yükü Rusiya Daxili İşlər Nazirliyinin üzərinə düşəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur