Gənclərdə kolon xərçənginin inkişafının əsas səbəbləri qida rasionunda şəkər və yağın çox olması, oturaq həyat tərzi, piylənmə və genetik faktorlardır.
Publika.az xəbər verir ki, bu barədə britaniyalı kolorektal cərrah və onkoloq Heini Youssef məlumat verib.
Həkim izah edib ki, kolon xərçəngi və ya kolorektal xərçəng müasir pəhrizdəki arzuolunmaz dəyişikliklərlə "cavanlaşır". Onkoloq bildirib ki, bu xəstəliyə 50 yaşdan aşağı insanlarda daha çox rast gəlinir. Pəhrizdə lif olmaması, yağların, şəkərin və işlənmiş ətlərin həddindən artıq istehlakı onun ən açıq tətikçiləridir.
Gənclərdə kolorektal xərçəngin inkişafının digər mühüm səbəbləri oturaq həyat tərzi və piylənmədir. Mütəxəssisin sözlərinə görə fiziki fəaliyyət sağlam çəki saxlamağa kömək edir və bu da öz növbəsində immunitet sisteminin ən yaxşı şəkildə işləməsinə imkan verir. Həddindən artıq çəki və oturaq həyat tərzi orqanizmi bu müdafiə mexanizmindən məhrum edir - immun hüceyrələr xərçəng hüceyrələrini daha az tanıyır və onları məhvə sürükləyir.
Bundan əlavə, artıq bədən yağı spesifik böyümə hormonlarının səviyyəsini artırır. Uşaqlarda və yeniyetmələrdə sümük böyüməsini və daxili orqanların inkişafını stimullaşdırır, böyüklərdə isə əzələ və yağ kütləsinin normal nisbətini saxlayır, maddələr mübadiləsini və qlükoza səviyyəsini tənzimləyirlər. Bununla belə, artıq böyümə hormonları yalnız normal hüceyrələrin deyil, həm də xərçəng hüceyrələrinin sürətlə bölünməsinə kömək edir.
Genetik meyl də kolon xərçəngi inkişaf riskinin artmasına əhəmiyyətli töhfə verir.
Tez-tez polipozis olmayan bağırsaq xərçəngi adlanan linç sindromu bir çox xərçəng növlərinin (xüsusilə də kolorektal) riskini artıran irsi bir vəziyyətdir. Ailəvi adenomatoz polipoz, yoğun bağırsağın selikli qişasında çoxsaylı formasiyaların (poliplərin) inkişafı ilə xarakterizə olunur.
Cəmilə