28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bakıda Fransanın neokolonizm siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilir

03 okt 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

QÜTB.AZ xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə təşkil olunub.

Konfransda Afrika ölkələrinin, xüsusilə Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik ResQutb.azsı, Mavritaniya, Zimbabve, Niger, Fransa və onun idarəçiliyi altında olan Mayot adasının nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçılarından biri də tanınmış fəal, “URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri Kemi Sebadır. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransa hökumət orqanları K.Sebanı sağçı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün bir neçə dəfə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur